Çeçenistanda işgəncələrə məruz qalan və adını deyən ilk “gey” Rusiyanın İstintaq Komitəsi-nə müraciət edib.
Maksim Lapunov cinsi azlıqların Çeçenistanda işgəncələrə məruz qalması faktı ilə bağlı araşdırma aparılmasını tələb edir.
O bunu, “Novaya qazeta”nın redaksiyasında təşkil olunmuş mətbuat konfransında deyib.
Qəzetin yazdığına görə, Lapunov Çeçenistanda iki il yaşayıb və kiçik bizneslə məşğul olub.
Onun sözlərinə görə bu ilin martında tutub və “gizli həbsxana”lardan birində saxlayıblar.
Qəzet hesab edir ki, bu həbsxana Çeçenistan daxili işlər nazirliyinin cinayət-axtarış idarəsində yerləşir.
Lapunovun sözlərinə görə, ona işgəncə verərək tanıdığı “gey”lərin adlarını deməyi tələb ediblər.
Sonda onu buraxıblar.
Lapunov deyir ki, ona görə azad olunub ki, sxalanmasının xüyli şahidi
varmış, həmçinin Perm diyarından olan qohumları onu axtarışa
veriblərmiş.
“Novaya qazeta” bu ilin aprelində Çeçenistanda cinsi azlıqların
kütləvi həbsi, onlara işgəncələr verilməsi və öldürülməsi barədə məlumat
yayıb.
Büynəlxalq təşkilatlar, ABŞ, Avropa Birliyi və digər ölkəlkər Rusiya
hakimiyyətini məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırlar.
Çeçenistan lideri Ramzan Kadyrov bütün ittihamları rədd edir.