O, 29 yaşlı homoseksual bir gəncdir. Bir neçə gündür ki, küçədə
yaşayır. Homoseksual olduğu bilinəndən ailəsi ilə əlaqələri kəsilib. İşi
müğənnilərə produsserlik etmək idi. Səhhəti ucbatından indi işləyə
bilmir.
Ağciyərində yaranan xəstəlik onu yeriməkdən də məhrum edib. Gəncin
xəstəxanaya yerləşdirilməsi üçün Təcili Tibbi Yardım çağırdıq. Onu
müalicə alması üçün 7 saylı Ağciyər Xəstəlikləri Dispanserinə apardılar.
O, cəmiyyətdən təcrid olunan yüzlərlə LGBT fərdləridən biridir. Ötən
ilin sentyabr ayında onlara qarşı təzyiqlər olmuşdu. Onlar həbs edilir,
döyülür, ailələri ilə qorxudulurdu. Həmin hadisələrdə sonra bir neçə
LGBT fərdi ölkəni tərk etmişdi.