Homoseksuallıq – 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual hislər keçirməsinə verilən addır. Xəstəlik və ya seçim deyildir. Bu söz həm kişi, həm də qadın homoseksuallar üçün istifadə edilir.
Heteroseksual (hetero) – Cinsi və hissi istəyinin yalnız qarşı cinsə yönəldiyi şəxs. Hazırda dünyanın əksəriyyəti heterodur.
Gey (gay) – Kişi homoseksuallar üçün istifadə edilir. Geylərin hissi (sevgi) və cinsi (seksual) istəyi yalnız öz həmcinslərinə (kişilərə) qarşı olur. Mənası “şən, gülərüz, əyləncəli, rəngli” deməkdir. Bəzən bütün homoseksualları tanımlamaq üçün də istifadə edilə bilər.
Lezbiyan – Qadın homoseksuallar üçün istifadə edilən sözdür.
Biseksual – Həm öz həmcinsinə, həm də qarşı cinsə qarşı hissi (sevgi) və cinsi (seksual) istək duyan şəxsə deyilir. Biseksual həm qadın, həm də kişi ola bilər.
Transseksual – Bütün cinsiyyətini və görünüşünü tamamən qadına çevirən kişi (və ya əksinə)
Travesti – Əməliyyat olunmadan sadəcə qarşı cinsin geyimini geyinən şəxs. Bu həm kişi, həm də qadın ola bilər.
LGBT – “lezbiyan, gey, biseksual, transseksual” sözlərinin baş hərflərindən alınan abreviatura
Homofobiya – Homoseksuallara qarşı qınaq və nifrət hissinə verilən ad. Şəxs olaraq isə, “homofob“, “homofobik” (insan) sözlərindən istifadə edilir.
Transfobiya – Transeksual və travestilərə qarşı nifrət hissi
Bifobiya – biseksuallara qarşı nifrət hissi
Cinsi orientasiya (sexual orientation) – yeniyetməlik çağında tamamilə formalaşan, fərdin qarşı cinsə (və ya öz həmcinsinə) romantik (sevgi) və ya seksual hislər keçirməsini yönləndirən qalıcı xüsusiyyətə verilən addır. Misal üçün bir hetero qadının cinsi orientasiyası qarşı cinsə, yəni kişiyə meyillidir. Homoseksual qadının cinsi yönəlimi isə öz həmcinsinə, yəni qadına meyillidir.
Seksdəki roluna görə geylər;
Passiv gey (bottom) – Seksdə alıcı tərəf rolunda çıxış edir. Bir hetero qadının seksdəki roluna bənzəyir.
Aktiv gey (top) – Seksdəki daha dominant, üst mövqedə olan tərəfə verilən addır.
Universal gey (versatile) – Seksdə həm aktiv, həm də passiv rolda ola bilən gey
Davranış tərzinə görə geylər;
Feminen gey (maneralı) – daha çox qadın sayağı hərəkətləri ilə bilinirlər. Bu tip insanların gey olduğunu asanlıqla bilmək olur.
Maskulin gey – heteroseksual insanlardan fərqlənmirlər. Onların gey olduğunu bilmək bəzən mümkünsüz olur.
Lezbiyanlar da yataqda rollarına görə aktiv, passiv və universal ola bilir.
Lezbiyanlar davranış tərzinə görə 3 cür olur:
Femka (femme) – Onları hetero qızlardan ayırmaq olduqca çətindir. Davranışları və görünüşləri hetero qızlardan fərqlənmir. Seksdə daha çox passiv rolda olurlar, amma bu dəyişə də bilər.
Dayk – Femkalarla müqayisədə xaraktercə daha sərtdirlər. İdman üslubunda geyinməyi sevirlər. Münasibətdə dominant tərəfdirlər. Seksdə aktiv rolda olurlarlar, passiv rolda olmağı sevməzlər.
Buch (butch)– Görünüşcə tamamilə oğlana bənzəyir. Onların hətta qız olduğunu müəyyən etmək çətin olur. Kişi paltarı geyinən travestini xatırladırlar. Seksdə yalnız aktiv rolda olurlar. Femka və dayklardan fərqli olaraq seksdə universal tərəf olmaqdan imtina edirlər.
Coming out – homoseksual olduğunu etiraf etmək
Anal seks – penisin (kişi cinsi orqanının) anusa (anal deşiyə) təmas etdiyi cinsi əlaqə növünə verilən addır.
Oral seks – Tərəflərdən birinin penisini digər tərəfin ağzına təmas etdirməsi
Aseksual – Cinsi əlaqəyə girməyə ehtiyac duymayan və zövq almayan şəxs