Panseksuallıq nədir?

Panseksual bioloji cinsiyyət və ya cinsi yönəlim fərqi qoymadan yaşayan bütün insanlara qarşı romantik və ya cinsəl istək duya bilən şəxsə deyilir. Onları insansevər də adlandırırlar. Misal üçün, bir panseksual həyatının müxtəlif zamanlarında həm qadına, həm kişiyə, həm aseksual birinə, həm də transseksual şəxsə aşiq ola bilər. Yetər ki, qarşısındakı insanı sevə bilsin, bəyənsin. Panseksual həm kişi, həm də qadın ola bilər. Çox zaman panseksuallıq gey və lezbiyanlıqla qarışdırılır. Amma panseksual olmaq, gey və ya lezbiyan olmaq demək deyil.

İnsanlar panseksual olduqlarını çox zaman ya etiraf etməzlər və ya fərqinə varmazlar. Ona görə də, onların sayını müəyyənləşdirmək düşünüləndən daha çətindir. Amma bəzi statistikalarda panseksualların, xüsusən də kişi panseksualların sayının çox olduğu qeyd edilir. Göstəricilər kişilərdə 60-70 % arasında dəyişir. Bu o deməkdir ki, ətrafımızdakı kişilərin əksəriyyətinin panseksual olma ehtimalı olduqca yüksəkdir.
Panseksuallıq xəstəlik deyildir.
Mütləq surətdə hər iki cinsin nümayəndəsiylə cinsi əlaqəyə girmək vacib deyil. Heç vaxt cinsi əlaqəyə girməyən və ya tərəflərdən yalnız biriylə cinsi əlaqəyə girib, hər iki cinsə maraq göstərmək, xoşlanmaq panseksuallığın göstəriciləri sırasına daxildir. Yəni kiminlə yatmaq önəmli deyil, əsas kimə və necə hiss etməkdir.

Panseksuallıq özünü aşağıdakı hallarda göstərə bilir.

1. Fiziki görünüşü xoş olmayan, ünsiyyət qabiliyyəti zəif olan, həddindən artıq kompleksli oğlanlar partnyor tapmaqda çətinlik çəkirlər. Qarşı cins tərəfindən bəyənilməyən bu cür insanlar hissi və cinsi təlabatlarını öz həmcinslərində axtarmağa çalışırlar.

2. Hərbi xidmətdə, həbsxanada və ya yalnız kişilərin olduğu təhsil mərkəzlərində – qarşı cinslə əlaqənin mümkünsüz olduğu məkanlarda oğlanlar panseksuallığa daha çox meyilli olurlar.
3. Evli kişilərdə qarşı cınsdən yorulma, bezmə halları olduqda…

4. Yaşlı kişilərdə qarşı cinslə əlaqə ehtimalının aşağı olmasıyla panseksuallığa meyil arta bilir.

5. Metroseksual oğlanlar adətən öz həmcinsləriylə rəqabətdə olurlar. Onların geyimləri, istifadə etdikləri aksesuarlarla maraqlanırlar. Bu cür oğlanların ətrafında çoxlu qız olmasına baxmayaraq, zamanca bu cür insanlarda panseksuallıq hiss edilə bilir.

6. İdmançılarla da metroseksuallarla baş verən hallara sıx-sıx rast gəlinməkdədir.

7. Yenilik axtarmaq və ya dost-tanışlarının böyük məmnunluqla danışdığı seksdən dadmaq həvəsi panseksual olma imkanını artırır. Bura həmçinin sevdiyi qızdan ayrılan, depressiya düşən, bununla da qarşı cinsin nümayəndələrinə inciklik, soyuqluq hiss edən şəxsləri də əlavə etmək olar.

8. Ucqar rayonlarda və digər bölgələrimizdə mentalitetdən irəli gələrək, qızların müəyyən yaşdan sonra oğlanlarla yaxınlaşmasına icazə verilmir. Erkən yaşda ərə verilirlər. Oğlanlar cinsəl təlabatlarını qarşı cinsdə axtarırlar.

Qadınlarda panseksuallıq aşağıdakı hallarda müşahidə edilir:

1. Cinsi əlaqədə kişilərin sərt və kobudluqlarını sevməyən bəzi qadınların daha kübar və daha nazik sevişmə arzulaması

2. Qadınların yataqda cinsi istəyi bəzən daha çox ola bilir. Kişilərdəki vaxtından əvvəl orqazma qarşılıq qadınları daha çox məmnun edən həmcinsləri ilə uzunmüddətli əlaqəsi

3. Kişilərə nisbətən qadınlar daha çox duyğusal, emosional olurlar, diqqət və nəvaziş tələb edirlər.
 Diqqət və qayğılı olmayan kişilərdən fərqli olaraq, qadınlar bunu öz həmcinslərindən ala bilirlər.

4. Bəzən mentallıqdan irəli gələrək qızlar cinsi istəklərinin olmasına baxmayaraq bakirəliklərini qorumaq məcburiyyəti duyurlar. Məhz bu zaman tələbatı həmcinsiylə ödəmək daha uyğun olur.


Dünyaca məşhur panseksuallar:

Miley Cyrus (Amerikalı müğənni)
Nayland Blake (rəssam)
Angel Haze (reper)
Natasha Negovanlis (aktrisa-müğənni)
Mary Gonzalez (siyasətçi)
 With