
«Azərbaycanda LGBTI mənsublarıyla davranış barədə məlumatlardan narahatıq». Bu haqda Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen-in bəyanatında deyilir.
«Cinsi və digər azlıqlara ayrıseçkilik
Avropa İnsan Haqları Konvensiyasına ziddir. LGBTI mənsublarının
Konvensiyaya uyğun elə bir hüququ yoxdur; onların hüquqları digərləriylə
eynidir. Azərbaycan bu hüquqlara sayqını təmin etməli, onlara qarşı pis
davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır. Biz olayları
diqqətlə izləyirik», – açıqlamada vurğulanır.
Yerli fəallar polisin evlərdə, metro stansiyalarında, LGBT-lərin toplaşdığı kafe, pab və barlarda reydlər keçirdiyini, azı 50 gey və transseksualın saxlandığını bildiriblər.
Azərbaycanın Daxili İşlər Nazirliyi isə polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını qeyd edib.