Transseksuallıq (trans və travestilər)

Transseksual – özünü qarşı cinsə aid hiss edən, həmçinin qarşı cinsə bənzəmə istəyi və ya özünü qarşı cinsdən biriymiş kimi hiss edən şəxslərə verilən addır. Yəni şəxsin bioloji cinsiyyəti kişi olduğu halda qadın olmaq istəyə bilər, qadın olduğu halda (bioloji) kişi olmağı… Transseksual əməliyyatla öz cinsiyyətlərini dəyişə, hüquqi vətəndaş kimi qarşı cinsə keçə bilər. Transseksuallığın xəstəlik olub-olmaması hal-hazırda mübahisəli məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) beynəlxalq xəstəliklərin sinifləndirilməsi siyahısında transseksuallıq cinsi xəstəlik olaraq qeyd edilib.
Görsel
1952-ci ildə Amerikada ilk transseksual əməliyyat həyata keçirilib. Amma bu anlayış Magnus Hirschfeld, Harry Benjamin, David O. Cauldwell’in (XX əsr alimləri) adıyla bağlıdır. Gey və lezbiyanlarda olduğu kimi transseksuallarda da özünüdərketmə yeniyetməlik dönəmindən başlayır. Buna baxmayaraq, doğuşdan yaranır, özünü müxtəlif yaşlarda göstərir. Bu bir seçim deyil. Transseksuallarda edilən əməliyyatlar həm çətin, həm uzun bir prosedurdur. Kişinin (və ya qadının) sinəsi, cinsi orqanları, səsi, hormonları dəyişdirilir.

Travestilik
Görsel
Travestilik bəzən transseksuallıqla qarışdırılır. Travesti qarşı cinsə hər hansı bir əməliyyat keçirmədən özünü müxtəlif üsullarla bənzədən şəxsə deyilir. Bunun üçün geyimdən, makyajdan istifadə edilir. Travesti sözü fransız və latın sözlərinin birləşimindən yaranıb. Latınca “trans””bir tərədən o biri tərəfə keçmək”, fransızca “vêtement”sözü “geyim” mənasına gəlir.
Travestiliyə bənzər başqa anlayış da var. Bəzən məşhur kişi personajları qarşı cinsin geyimini geyinərək insanları əyləndirir – mahnı oxuyurlar, filmdə çəkilirlər və ya moda defilesində geyim nümayiş etdirirlər. Amerika və Avropada bu cür insanları “drag queen” adlandırırlar. Onlar arasına geylər də, heterolar da ola bilir. Bu “drag queen”ləri travestilərdən fərqləndirən əsas amildir. Bu işdə ustalaşan incəsənət nümayəndələrinə “drag king” də deyirlər.
Ölkədə cinsiyyət dəyişdirmək üçün keçirilən əməliyyatların qiyməti (15-30 min dollar) digər ölkələrlə müqayisədə ucuzdur.
GEY OLMAQ TRANS OLMAQ DEMƏK DEYİL
Transseksual (və ya trans) özünü bioloji cinsiyyətinə aid hiss etməyən, qarşı cinsə bənzəmə istəyi olan şəxsə deyilir. Cinsiyyət dəyişmə əməliyyatı təhlükəli, çətin, eyni zamanda da bahalı əməliyyatdır. Ona görə də, hər transseksual hiss etdiyi cinsiyyətə asanlıqla keçə bilmir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan xəstəliklərin təsnifatı siyahısında cinsi xəstəlik kimi transeksuallığın da adı var. Translardan fərqli olaraq, geylər doğulduqları cinsiyyətdən məmnundurlar və qarşı cinsə geyimdə, davranışda bənzəməyə çalışmırlar. Amma yanlışlıqla Azərbaycanda geylərlə bağlı yazılan homofobik məqalələrdə geyləri transseksuallarla eyniləşdirilir ki, bu da məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan irəli gəlir.
Hazırda Azərbaycanda transların maddi qaynağı seks işçiliyidir. Ailəsi, qohumları və dostları tərəfindən uzaqlaşdırılan transların ölkəmizdə işlə təmin olunması, demək olar ki, mümkünsüzdür. Alternativ iş tapa bilməyən transseksualın necə yaşayacağı sual altındadır.
Homofobik Azərbaycan vətəndaşı gey deyərkən qeyri-ixtiyari gözündə transseksualı, ya da ki, qadına bənzər birini canlandırır. Bu da ki, həmin şəxsin az məlumatlı olmasından qaynaqlanır. Ümumiyyətlə, insanlar fərqlidirlər; istər geyimlərində, istərsə də davranışlarında. Maskulin geyinən və ya hərəkət edən hetero qadın olduğu kimi, bu cür davranan lezbiyan da ola bilər. Bəzən insanlar bir nüansı da unudurlar. Transseksual olmaq özünü aid olmadığın bədəndə hiss etməkdir. Bəzən maddi imkansızlıqdan, ailə başda olmaqla, cəmiyyətin qınağından və ya plastik əməliyyatdan, onun uğursuz nəticələrindən qorxan şəxs cinsiyyətini dəyişə bilmir. Amma bu o demək deyil ki, o, daha transseksual deyil. Bu cür insanlarda feminen davranışlar çox olur. Yanlışlıqla onları geylərlə səhv salmaq olmaz.
Dünyada istənilən sahədə uğur qazanan transseksualları görmək mümkündür ; istər siyasətdə, istər incəsənətdə – musiqidə, ədəbiyyatda, moda da məhşur transseksuallar var.
 With