ILGA-Europe’nın 2015-ci il üçün hazırladığı “ölkələr üzrə homofobiya indeksi”nə görə Azərbaycan Avropada ən homofobik ölkədir. Homofobiya homoseksuallara nifrət etmə faktına deyilir. Bəs bu nifrətə səbəb nədir? Niyə Azərbaycan cəmiyyəti homoseksualları insan olaraq qəbul edə bilmir.
Bunun müxtəlif səbəbləri var; birincisi homoseksuallarla bağlı insanların bilgilərinin az olması, ikincisi də ölkədəki kütləvi savadsızlıq, təhsil səviyyəsinin aşağı olması. Bu yazıda homoseksuallar haqda insanların ən az bildiyi mövzuların xülasəsini verəcəm.
Mövzuya giriş etməyimiz üçün “cinsiyyət” və “cinsi yönəlim” (cinsi orientasiya) anlayışlarını mütləq bilməliyik. İki bioloji cinsiyyət var: qadın və kişi. İnsanlar yanlız bu iki cinsiyyətdən birində doğulurlar (hermafroditlər istisnadır). Fərdin qarşı cinsə və ya öz həmcinsinə seksual marağı, istəyi, sevgisi və ya romantik münasibəti onuncinsi yönəlimidir (cinsi orientasiya). Cinsi yönəlim doğuşdan yaransa da, özünü müxtəlif yaşlarda bəlli edir. Bu proses yeniyetməlik dönəminə qədər möhkəmlənir və formalaşır. Başqa cür desək, cinsi yönəlim – doğuşdan yaranıb, özünü yeniyetməlik çağında göstərən, fərdin qarşı cinsə və ya öz həmcinsinə romantik (sevgi) və ya seksual hislər keçirməsini yönləndirən qalıcı xüsusiyyətə verilən addır. 3 əsas cinsi orientasiya var:

1. Heteroseksuallıq – qarşı cinsə seksual və ya romantik istəyin olması.
2. Homoseksuallıq – fərdin öz həmcinsinə istəyinin olması.
3. Biseksuallıq – həm öz həmcinsinə, həm də qarşı cinsə romantik və ya seksual istəyin olması.
Nümunəylə bunu daha aydın izah edək. Leyla qadındır. Onun maraq və istəyi qarşı cinsədir. Deməli o, heteroseksualdır. Fidan da qadındır. Amma onun cinsi yönəlimi öz həmcinsinədir. Deməli, Fidan homoseksualdır.

HOMOSEKSUALLIQ FƏRDİN SEÇİMİ DEYİL VƏ DOĞUŞDAN YARANIR.
Xüsusiylə, XX əsrin ikinci yarısından “cinsi yönəlim”in necə yaranmasıyla bağlı müxtəlif nəzəriyyələr ortaya qoyuldu. O zaman araşdırmaçıların bəziləri cinsi orientasiyanın yaranmasına əsas təsir kimi ailə və çevrənin təkan verdiyini iddia edirdi. Amma bu nəzəriyyənin doğru olmadığını sonradan aparılan araşdırmalar sübut etdi.
1. 1991-ci ildə cinsi orientasiyanın genetik faktorlardan yarandığını isbat etməyə çalışan psixoloq Michael Balleyvə Richard Pillard tək yumurta əkizləri üzərində araşdırma apardılar. Nəticədə deyilirdi ki, eyni genlərə malik tək yumurta əkizlərindən biri homoseksual olduğu halda, digərinin də 52% üzərində homoseksual olma ehtimalı vardır. Bənzəri araşdırmanı 2001-ci ildə Hershberger aparmış və eyni nəticəyə gəlmişdir.
2. Amerika Pedriatiya Akademiyası (2004) – “Hazırda aparılan araşdırmalar və bu sahədəki mütəxəssislərin rəyi cinsi orientasiyanın bir seçim olmadığını göstərir. Fərd homoseksual və ya heteroseksual olmağı özü seçmir. Cinsi orientasiyanın yaranmasına müxtəlif faktorlar – genetik, hormonal, doğuş öncəsi dəyişikliklər təsir edir. Cinsi yönəlimin ailənin tərbiyə şəkilindən, zorlanma və ya hər hansı pis hadisədən yarandığını isbat edən heç bir fakt yoxdur”.
3. Birləşmiş Krallıkdakı “Royal College of Psychiatrists” (2007) – “Təxminən bir əsr boyunca aparılan psixoanaltik və psixoloji araşdırmalara baxmayaraq, ailənin tərbiyə şəklinin və ya kiçik yaşlarda qazanılmış təcrübələrin fərddə homoseksual və ya heteroseksual yönəlimin yaranmasında bir rol oynadığına dair heç bir sübut yoxdur. Cinsi orientasiyanı genetik faktorlarla ana bətnindəki ilkin formalaşmanın kompleksi yarada bilər. Buna görə də, cinsi orientasiya seçim deyil”.
4. Amerika Psixiatriya Qurumu – “Əvvəllər homoseksuallığın ailədə qazanılan təcrübədən yarandığını düşünürdülər, amma bu fərziyyələr yanlış bilgiyə və önyarğıya əsaslanmaqdadır”.

Yuxarıda qeyd edilənlər çox saylı araşdırmaların sadəcə bir qismidir. Buradan belə nəticəyə gəlirik ki, heç kəs homoseksual olmağı özü seçmir, bu doğuşdan yaranır.
GEY OLMAQ TRANS OLMAQ DEMƏK DEYİL
Transseksual (və ya trans) özünü bioloji cinsiyyətinə aid hiss etməyən, qarşı cinsə bənzəmə istəyi olan şəxsə deyilir. Cinsiyyət dəyişmə əməliyyatı təhlükəli, çətin, eyni zamanda da bahalı əməliyyatdır. Ona görə də, hər transseksual hiss etdiyi cinsiyyətə asanlıqla keçə bilmir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan xəstəliklərin təsnifatı siyahısında cinsi xəstəlik kimi transeksuallığın da adı var. Translardan fərqli olaraq, geylər doğulduqları cinsiyyətdən məmnundurlar və qarşı cinsə geyimdə, davranışda bənzəməyə çalışmırlar. Amma yanlışlıqla Azərbaycanda geylərlə bağlı yazılan homofobik məqalələrdə geyləri transseksuallarla eyniləşdirilir ki, bu da məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan irəli gəlir.
Hazırda Azərbaycanda transların maddi qaynağı seks işçiliyidir. Ailəsi, qohumları və dostları tərəfindən uzaqlaşdırılan transların ölkəmizdə işlə təmin olunması, demək olar ki, mümkünsüzdür. Alternativ iş tapa bilməyən transseksualın necə yaşayacağı sual altındadır.

HEÇ KƏS CİNSİ ORİENTASİYASINI DƏYİŞƏ BİLMƏZ.
Homoseksuallıq həyat tərzi və ya pis vərdiş deyil. Yuxarıda da qeyd etdiyimiz kimi homoseksuallıq 3 əsas cinsi orientasiyadan biridir. Doğuşdan yaranır və dəyişməzdir.

HOMOFOBİYA NƏDƏN QAYNAQLANIR?
Bunun müxtəlif səbəbləri var. Homoseksuallığın tarixin dərinliklərinə qədər uzandığını bilirik. Çar Rusiyası (1832-ci ildən) və SSRİ dönəmində homoseksuallıq cinayət hesab edilirdi. Uzun müddət Azərbaycanın bu iki imperiyanın tərkibində qalması, heç şübhəsiz ki, insanların homoseksuallara olan münasibətinə təsir edib. Sovetin homoseksuallıqla bağlı yanlış və əsassız təbliğatının nəticəsini hazırda orta yaş və yaşlı insanlarda görmək mümkündür. İkinci səbəb isə ölkədə düşünən beyinlərin, savadlı insanların sayca az olmasıdır. Əlində təsbehi, həyatında heç vaxt kitab oxumayan, film izləməyən, IQ səviyyəsi (məntiqi) minimum səviyyədə olan birindən homoseksuallara tolerant mövqe sərgiləməsini gözləmək imkansız görünür. Homofobiya savadsızlıqdan, önyarğıdan qaynaqlanır. Üçüncü səbəb kimi, insanların digərlərinin intim əlaqələr kimi özəl məsələlərinə yersiz maraq göstərməsidir. Ölkənin iki sevənin toy gecəsi qapısında duran yengə ənənəsindən hər şey anlaşılır, əslində. Amma insanların seksual həyatı, kimlə yataqlarını bölüşmələri, onları maraqlandırır, üçüncü şəxsin buna qarışması, buna görə həmin insan haqda fikir formalaşdırması ən azından hörmətsizlikdir. Homoseksualların da tək fərqi cinsi orientasiyalarıdır. Misal üçün, kompyuterin yaradıcısı, İkinci Dünya Müharibəsinin qəhrəmanı, ingilis riyaziyyatçı Alan Türinq istedadıyla dünyaya nam salıb. Amma bir homofob onun istedadını, yaradıcılığını deyil, onun kimlə yatdığını düşünərəkdən haqqında fikir formalaşdırır.

HOMOSEKSUALLIQ SON DÖNƏMDƏ YARANIB VƏ BUNA İNTERNET, FİLMLƏR TƏKAN VERİR. – YANLIŞ !
Homoseksuallığın tarixdə mövcudluğunu göstərən ən qədim maddi nümunə eradan əvvəl III minilliyə aid, Misirdə tapılan daş sütun üzərində öpüşən iki gənc oğlanın şəkilidir. Qədim Yunan və Roma imperiyalarında açıq şəkildə nümayiş etdirilən homoseksuallıq Avropada xristianlığın yayılmasıyla gizlədilməyə başladı. Şərq saraylarında homoseksual gənclərə maraq isə o dövrü təsvir edən şairlərin şeirində öz əksini tapmışdır. Homoseksuallığın Azərbaycandakı tarixini əvvəlki yazımda geniş şəkildə oxuya bilərsiniz.
İlk filmin 1860-cı il, ilk televizorun 1923-cü il, internetin isə 1962-ci ildə ixtira edildiyini nəzərə alarsaq, ondan öncə mövcud olan homoseksuallığn təbliğat maşınının nəticəsi olmadığını görərik. Təbliğatla heç kəsin cinsi orientasiyasını dəyişmək mümkün deyil. Amma əksinə, homoseksuallığı yanlış göstərməyə çalışan, homofobiya təbliğatı aparan media qurumları, qərəzli siyasi xadimlər insanlarda homoseksuallara qarşı kütləvi nifrət yarada bilir.

HOMOSEKSUALLARI HETEROLARDAN FƏRQLƏNDİRƏN XÜSUSİ BİR ÖZƏLLİK YOXDUR. ONLAR ARASINDA DA İSTEDADLI İNSANLAR OLUB VƏ OLMAQDADIR.
Yazılı mənbələrə əsaslanan tarixçilərin araşdırmasından yola çıxaraq, biseksual şəxsiyyətlərdən bir neçəsiylə tanış ola bilərsiniz: Makidoniyalı İsgəndər, Sokrat, Platon, Yuli Sezar, Roma imperatorları Antoni, Adrian vəOktavian Avqust, Amerikanın 16-cı prezidenti Abraham Linkoln, Renessans dönəmindən Leonardo da Vinçi,Mikelancelo, ingilis ədəbiyyatından Walt Whitman, Oscar Wilde, riyaziyyatçı, ixtiraçı Alan Turing yadda qalanların çox az qismidir.
Mahnılarını dinlədiyimiz müğənillər, filmlərini izlədiyimiz aktyor və akrisalar arasında da homoseksuallar bilinəndən xeyli çoxdur: Elton John, Ricky Martin, Adam Lambert, Freddie Mercury, Sam Smith, Lance Bass,Mika, Wentworth Miller, Ellen DeGeneres, Ellen Page, Matt Bomer, Neil Patrick Harres, Anderson Cooper,George Michael, Megan Fox (biseksual), Angelina Jolie (biseksual), Lady Gaga (biseksual), Jessie J (biseksual)

HOMOSEKSUAL DEYƏRKƏN AĞILA GƏLƏN YANLIŞ TƏSƏVVÜRLƏR.
Homofobik Azərbaycan vətəndaşı gey deyərkən qeyri-ixtiyari gözündə transseksualı, ya da ki, qadına bənzər birini canlandırır. Bu da ki, həmin şəxsin az məlumatlı olmasından qaynaqlanır. Ümumiyyətlə, insanlar fərqlidirlər; istər geyimlərində, istərsə də davranışlarında. Maskulin geyinən və ya hərəkət edən hetero qadın olduğu kimi, bu cür davranan lezbiyan da ola bilər. Bəzən insanlar bir nüansı da unudurlar. Transseksual olmaq özünü aid olmadığın bədəndə hiss etməkdir. Bəzən maddi imkansızlıqdan, ailə başda olmaqla, cəmiyyətin qınağından və ya plastik əməliyyatdan, onun uğursuz nəticələrindən qorxan şəxs cinsiyyətini dəyişə bilmir. Amma bu o demək deyil ki, o, daha transgender deyil. Bu cür insanlarda feminen davranışlar çox olur. Yanlışlıqla onları geylərlə səhv salmaq olmaz.

HOMOSEKSUALLIQ HAQDA BƏZİ FAKTLAR:
1. 1973-cü ildə ABŞ-da psixator, psixoloq və digər tibb araşdırmaçılarının rəyiylə homoseksuallığın ruhi pozğunluq olmadığı təsdiqlənib və Amerika Psixatorlar Dərnəyi homoseksuallığın xəstəliklər siyahısından çıxarılmasına qərar verib. Homoseksuallarla heteroların ruhi durumunda heç bir fərq müəyyən edilməyib.
2. 1990-cı il, 17 May tarixində ölkəmizin də üzv olduğu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST – 194 üzv ölkə) homoseksuallığı Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsi siyahısından çıxarıb. Homoseksuallığın bir xəstəlik, ruhi pozğunluq olmadığı, 3 fərqli cinsi yönəlimdən biri olduğu, doğuşdan yaranan, fərdin özünün seçmədiyi bir hal olduğu tibb elmi tərəfindən təsdiqini tapıb.
3. NATO-nun 20 üzv ölkəsində geylərin hərbi xidmətdə olmasına qanuni olaraq, icazə verilir.
4. Dünyanın 21 ölkəsində eynicinslilərin evlənməsi qanunidir.
5. Dünyanın müxtəlif brend şirkətləri homoseksuallara dəstək vermək, homofobiyanı, nifrət cinayətləriniqınamaq üçün müxtəlif kampaniyalar həyata keçirir, reklamlarında buna yer verirlər. Google, YouTube, Coca Cola, Apple Inc.,Facebook, Levi’s, Marriott Hotels & Resorts, Subaru, Dolce & Gabbana, Microsoft, Gap,Nike, Amazon, Samsung, Target, American Apparel, Disney World, Tide, Pepsi, American Airlines, IBM,McDonalds başda olmaqla bir çox məşhur şirkət tolerant olduqlarını nümayiş etdirirlər.

LATENT HOMOSEKSUALLIQ
Latent (gizli) homoseksuallıq fərdin şüuraltında gizlənən, düşünməkdən qorxduğu və ya dilə gətirmədiyi öz həmcinsinə qarşı erotik və ya romantik istəyidir. Bu cür hisləri olan şəxslər gizli şəkildə həmincinslərinə maraq duyurlar, amma bundan məmnun deyillər. Ona görə də, bu hislərini pərdələmək üçün bəzən bilərəkdən, bəzən də qeyri-ixtiyarı daha maskulin, daha sərt görünməyə çalışırlar. Latent homoseksuallıqla bağlı ilk nəzəriyyəZiqmund Freydə aiddir. Dünyada latent homoseksualların sayı xeyli çoxdur. Amma onları müəyyən etmək çətin, hətta mümkünsüzdür. Adətən bu insanlar homoseksuallara qarşı təhqirlər, şiddətli fikirlər səsləndirirlər. Ən sərt homofobiklərin əslində gizli (latent) homoseksual olduğu deyilir.
Bunun üzərinə Amerikada Georgia Universitetindən Henry Adams, Lester Wright Jr və Bethany Lohr maraqlı araşdırma aparıb. 64 heteroseksual kişidən homoseksuallara olan münasibəti öyrənilib. Onlardan 35-I ən ağırhomofobik sözlərdən istifadə edib və homoseksuallara olan nifrətlərini açıq şəkildə dilə gətiriblər. Qalan 29-u isə neytral qaldıqlarını, homofobik olmadıqlarını qeyd edib. Ardından eksperimentlərə gey pornosu göstərilib. Nəticədə məlum olur ki, videoya baxarkən ən çox ereksiya dərəcəsi homofobik kişilərdə müşahidə edilib.
Latent homoseksuallar daha çox hərbi xidmətdə, həbsxanada, yataqxanalı təhsil müəssisələrində özlərini göstərirlər.

HOMOSEKSUALLIQ TƏBİƏTİN QANUNAUYĞUNLUĞUDUR.
HEYVANLARDA HOMOSEKSUALLIQ VƏ BİSEKSUALLIQ.
1999-cu ildə Bruce Bagemihl’in rəhbərliyiylə aparılan araşdırmada heyvanların təxminən 500 növündə, 2006-cı ildəki araşdırmada isə 1500 növündə homoseksual davranışlara rastlandığı deyilir. Məməlilərdən tutmuş primatlara qədər bir çox heyvanda müşahidə olunmuş biseksual və ya homoseksual əlaqə bəzi heyvanların yaşam tərzinə çevrilib. Afrikada yaşayan bonobo meymunlarının demək olar ki, hamısı biseksualdır. Yapon makaklarında, amerikan bizonları, şüşəburun delfinlər, zürafələr, boz balinalar, morjlar, kob antilopları, qağayılar, pinqvinlər arasında bu cür münasibətlər daha sıx rastlanmaqdadır. İt, pişik, at, inək və şimpanzelərinerkəklər arasındakı anal əlaqəsinə internetdə video görüntülərlə də baxa bilərsiniz.

ŞÜURSUZ ŞƏKİLDƏ HOMOFOBİK OLMAQ SİZƏ QALIR.
Homoseksuallıq doğuşdan yaranır və bu heç kimin seçimi deyil. Homoseksuallıq fərqli həyat tərzi və ya dəb də deyil. Yalnız məlumatsız insanlar bunu hədsiz və sərhədsiz ehtiras hissiylə əlaqələndirə bilər. İnsanları dəyişə bilməyəcəkləri cinsi orientasiyaları ilə deyil, insani keyfiyyətləri ilə dəyərləndirin. Sonda Albert Eynşteyndən bir sitat gətirmək istəyirəm: “Axmaqlara görə insanlar irq, cins, milliyət, yaş, rəng, din və dil başda olmaqla səkkizdən çox kateqoriyaya ayrılır. Halbuki məsələ bu qədər mürəkkəb deyil. Əslində insanlar sadəcə 2 cür olur: yaxşı insanlar və pis insanlar”.