Lezbiyan sözünün tarixçəsi

Dünyanın ilk qadın şairi kimi tanınan Sapfonun Lezbos adasında aristokrat bir ailədə dünyaya gəldiyi, altı yaşında yetim qalıb qohumları tərəfindən hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verildiyi məlumdur. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir. Varlı bir tacirlə evli olsa da, xoşbəxt ola bilmir və ayrılır. Bu evlilikdən bir qızı dünyaya gəlir.
n-DYKE-large570
Sapfo siyasətlə yaxından maraqlanır, hətta buna görə Lezbos adasından Siciliyaya sürgün edilir. Bir müddət sonra geri qayıdıb qızlar üçün məktəb açır. Qızlara kiçik yaşlarından evlənmə yaşına qədər təhsil verildiyi məktəbdə Sapfo şagirdləri ilə sevgi macərası yaşayır. Sapfonun ölümü hələ də sirr kimi qalır. Ən çox yayılmış ehtimal şagirdinə bəslədiyi sevgisinə görə qayalıqdan özünü atıb öldürməyidir. Bir digər şayiə isə sevgisinin Afroditaya olduğudur. İndiki “lezbiyan” sözü də elə Sapfo ilə bağlıdır. Sapfodan ilham alaraq teatr yazarı Aristofanes yazdığı əsərdə iki qadın arasındakı sevgini izah etmək üçün “lezboslu” sözünü işlətmişdi.
 With