1. Google
Google homoseksualları açıq şəkildə dəstəkləyən ilk şirkətlərdəndir. Bunu şirkət rəsmiləri də istər şəxsi bloqlarında, istərsə də media önündə dilə gətirmişlər. Google şirkət daxilində homoseksual işçilərinə xüsusi münasibət göstərir. Gey və lezbiyan cütlüklərin, transseksualların maaşı isə digər işçilərlə müqayisədə daha çoxdur. Homoseksualların maaşından vergi çıxılmır.
Google məhsulu olan “Google Chrome”un təşkil etdiyi “İt gets better” (“Hər şey yaxşı olacaq”) kampaniyası zamanı bir çox məşhur ümidini itirmiş homoseksuallara kamera qarşısında “hər şey yaxşı olacaq” deyə səsləndi.
Soçidə (Rusiyada) keçirilən son Qış Olimpiyadasında homoseksuallara qarşı olan diskriminativ mövqeyə etiraz əlaməti olaraq şirkət “Google” sözünü LGBT bayrağıyla bəzədi.
Hazırda Google “Legalize Love” (“Sevginizi Rəsmiləşdirin”) adlı kampaniyaya start verib. Belə ki, Google şirkəti bir çox homofobik ölkədə əməkdaşlıq etdiyi şirkətlərlə xüsusi kampaniyalar daxilində homofobiyaya qarşı çıxacaq, insanların diqqətini bu məsələyə yönəldəcək.

Google tərəfindən kodlaşdırılmış Android əməliyyat sistemi son tanıtım çarxında homoseksual evliliklərə dəstək verdiyini açıq şəkildə nümayiş etdirib.
2. YouTube
2005-ci ildə yaradılan, dünyanın ən böyük video paylaşım sistemi olan YouTube bu günəcən homoseksuallara dəstək məqsədli bir neçə kampaniya həyata keçirib. Onlardan ən önəmlisi #ProudToLove, #ItGetsBetterhaştaqlı layihələrdir. Hazırda YouTube idmanda homoseksual ayrıseçkiliyinə diqqət çəkmək üçün#ProudToPlay kampaniyasını həyata keçirir.

3. Coca Cola
Şirkətin LGBT siyasətini vebsaytında yerləşdirdiyi bu sözlərlə ifadə etmək olar: “Dünyanın ən böyük markalarından biri olaraq, fərqlilik bizim ən böyük şirkət dəyərimizdir. Artıq neçə ildir ki, LGBT insanları və onların haqlarının ən böyük dəstəkçisiyik. Coca Cola olaraq bərabər haqlara inanır və şirkət siyasətində buna yer veririk. 700 mindən çox Coca Cola işçisi hər gün dünyanı daha xoşbəxt bir yerə çevirmək üçün çalışır”.
Şirkətin reklam çarxlarında da homoseksuallara dəstək verən görüntülər yer almaqdadır.

4. Apple Inc
Məşhur “Apple” şirkəti 5 min nəfər işçisiylə LGBT’yə dəstək olaraq San Fransiskoda təşkil edilən “Geylərin Qürur Paradı”na qatılmışlar. Paradda iştirak edən şirkət işçiləri #ApplePride yazılı maykaları həm özləri geyinmiş, həm də parada gələnlərə paylamışlar. Şirkət rəhbəri bu haqda belə bir açıqlama vermişdi: “LGBT (lezbiyan, gey, biseksual, transseksual) işçilərini və onların ailələrini Honq Konqondan, Münhendən, Parisdən gətirən “Apple” şirkəti fərqliliklərə hər zaman hörmətlə yanaşmış, işçilərinə diskriminativ yanaşmadan çəkinmişdir. Uğurumuzun əsas səbəbi və açıqlaması budur”.
Qeyd edək ki, “Apple” məşhur kompyuter mühəndisi, homoseksual Alan Türinqin xatirəsinə ithafən alma loqosundan istifadə edir. Homoseksual olduğunu etiraf etdiyi üçün kimyəvi müayinələrə məruz qalan dahi alim, sonda bu əziyyətə dözməyərək, zəhərə batırdığı almanı dişləyərək intihar etmişdir. İlkin variantda şirkət loqosunun içində LGBT bayrağı təsvir edilmişdi.
5. Facebook
Facebook, Instagram və Whatsapp’ın əsas səhmdarı və rəhbəri Mark Zuckerberg 2013-cü il, San Fransiskoda təşkil edilən gey paradda.öz işçi heyətiylə bərabər iştirak etmişdi. Öncəki il də Facebook və Google’un işçi heyəti San Fransiskodakı paradda iştirak etmişdilər.
17 may Homofobiyayla Mübarizə Günündə şirkət Facebook Messenger və kommentlərdə istifadə edilə biləcək “Pride” başlıqlı sticker’ləri istifadəyə verib.

Facebook siyasətlərindən biri də saxta adların (hesabların) saytdan silinməsidir. Bu proses zamanı bir sıra LGBT insanlarının da profili bağlanmışdır. Bundan sonra şirkət rəhbərliyi bütün homoseksuallardan üzr istəyərək, “real ad” siyasətində dəyişikliklər edəcəyini bildirdi.
6. Levi’s (Levi Strauss & Co.)
Amerikanın məşhur geyim şirkətidir. Levi’s hələ 1992-ci ildə homoseksual cütlükləri dəstəkləyən ilk şirkət olmuşdur. 2014-cü ildə isə LGBT’nin rəngli bayrağıyla bəzənmiş “Pride” başlıqlı yeni geyim kolleksiyasını satışa çıxarmışdı.
Marriott Otellər Şəbəkəsi LGBT insanlarının rahat səyahət etməsi və oteldə dincəlməsini diqqət önünə alaraq#LoveTravels kampaniyasını təşkil edib. Bu barədə rəsmi vebsaytda məlumat yayan otelin icraçı direktoru homosesual evlilikləri dəstəklədiklərini deməkdən də çəkinməyib.
8. Subaru
Subaru avtomobil şirkəti gey və lezbiyan müştərilərin marağını çəkmək üçün artıq neçə ildir ki, xüsusi marketinq siyasəti həyata keçirir. Məhz bunun nəticəsidir ki, homoseksualların üstünlük verdiyi maşınların siyahısında Subaru birinci yerdədir.

9. Dolce & Gabbana
Bu məşhur geyim brendinin yaradıcıları Stefano Gabbana və Domenico Dolce’dir. Uzun müddət aralarında sevgi münasibəti olan məşhur gey modelyerlər bu böyük moda firmasını da birgə qurmuşlar.
Bu məşhur geyim brendinin yaradıcıları Stefano Gabbana və Domenico Dolce’dir. Uzun müddət aralarında sevgi münasibəti olan məşhur gey modelyerlər bu böyük moda firmasını da birgə qurmuşlar.
10. Microsoft
Şirkətin rəsmi vebsaytında 1989-cu ildən Microsoft-un homoseksuallara dəstək verdiyi deyilir. Homoseksual işçilərlə bağlı şirkət daxilində GLEAM adlı qrup fəaliyyət göstərir. Hazırda GLEAM’ın iki mindən çox üzvi var. Microsoft LGBT işçiləri üçün ən uyğun məkan kimi öz şirkətini göstərir. Google kimi Microsoft da hər il LGBT insanlarıyla bağlı çoxlu sayda seminarlar və treninqlər həyata keçirir. Bill Gates homoseksual evliliklərə dəstəyini də dəfələrlə dilə gətirib.

LGBT’yə dəstək verən (gey dostu) bəzi şirkətlər: Gap, Nike, Amazon, Samsung, Target, American Apparel, Disney World, Tide, Pepsi, American Airlines, IBM