Homoseksuallar dünyanın hər yerində, hər ölkədə, hər peşədə çox və ya az sayda mövcuddur. Homoseksuallar arasında da işində peşəkar, sevgidə sadiq, dindar, eyni zamanda yalançı, oğru, cinyətkar olanları vardır. Bu dəfə unudulan homoseksuallardan – həbsxanadakı geylərdən yazacam. Yəqin çoxunuz düşünürsünüz ki, həbsxanalarda həm geylər, həm də onların məhbus yoldaşları günün bütün hissəsini ehtiraslarını bölüşməklə keçirirlər. Amma bö ölkələrə görə dəyişir. Misal üçün, Rusiyada və ya Qafqazda passivliyi açıqlanan gey məhkumlar “üzdəniraqlar”a aid edilir, “petux” adlandırılırlar.
Bir çox yerlərdə onları daha mədəni, daha münasib adla – “sanitarlar” adlandırırlar. Onlar həm “paqon”, həm də məhkum tərəfindən incidilir və hədd qoyulmadan təhqir olunur. Gün boyu ən ağır (ərzaqdan qeyri bütün materialları daşımaq, yükləmək, boşaltmaq-R.Y.) və çirkli, natəmiz (süpürmək, silmək, yumaq, kanalizasiya, ayaqyolu təmizləmək-R.Y.) işlər “üzdəniraqlar”a gördürülür. Belə təsəvvür yaranır ki, onlar olmasa, müəssisə antisanitariya və tullantı içində batar. “Üzdəniraqlıq” bu insanları müəssisənin hər tərəfində ağır yük kimi əzir. Səhər və axşam yoxlamalarında onlar sonuncu cərgələrdə dururlar, yataqxanalarda ancaq qapının yaxınlığındakı yatacaqlarda uyuya bilərlər. Ümumi yeməkxanaya buraxılmadıqları üçün yeməklərini müəyyən edilmiş yerlərdə yeyirlər. Hər yerdə olduğu kimi hamamda, karsda da onların yerləri fərqləndirilir.

– İstər məhbuslar, istərsə də həbsxanadakı işçilər tərəfindən cinsi və fiziki zorakılığa, sözlü təhqirlərə məruz qalırlar. (Amerikda aparılan araşdırmada məlum olmuşdu ki, işçilər tərəfindən cinsi istismar faizi məhbuslarla müqayisədə çox daha üstündür)
– Translar üçün həyati əhəmiyyət daşıyan hormonal dərmanların verilməməsi halları
– Təkbaşına hücrələrə salınmaları, bu da ki, psixoloji gərginliyə səbəb olur və əksər hallarda intiharla nəticələnir (bu zaman həmin şəxslərin yemək və istirahət vaxtları da dəyişdirilir).
– Digər məhbuslarla müqayisədə hüquqlarının məhdudlaşdırılması
– Translar üçün həyati əhəmiyyət daşıyan hormonal dərmanların verilməməsi halları
– Təkbaşına hücrələrə salınmaları, bu da ki, psixoloji gərginliyə səbəb olur və əksər hallarda intiharla nəticələnir (bu zaman həmin şəxslərin yemək və istirahət vaxtları da dəyişdirilir).
– Digər məhbuslarla müqayisədə hüquqlarının məhdudlaşdırılması

Geylər hərbi xidmətdə


Yəni, burdan belə çıxır ki, Azərbaycan ordusunda qanuni olaraq, homoseksuallara yer yoxdur. Bəs niyə demək olar ki, bütün geylər başqa xəstəlikləri olmadığı halda həqiqi hərbi xidmətə çağırılır? Qonşu Türkiyədə homoseksuallar tibbi yoxlamadan keçərkən öz orientasiyaları haqda məlumat verirlər və bunu sübut etməyə də çalışırlar. Adətən cinsi münasibətdə passiv rolunda çəkilən foto şəkil, video və xüsusi psixoloji testlərlə bunu təsbit edirlər. Amma Azərbaycanda geylər ailələrini, yaxınlarını düşünərəkdən bunu gizlədirlər. Həm Azərbaycanda, həm də Türkiyədə hərbi xidmət zamanı şəxsin homoseksual olduğunu göstərən faktlar (misal üçün, cinsi əlaqə) bəlli olarsa, şəxs hərbi xidmətdən azad edilir, bəzi hallarda isə qısa müddətə ruhi dispanserə də göndərilir.
NATO-nun 25 üzv ölkəsindən 20-sində gey, lezbiyan və biseksuallara hərbi xidmətdə olmağa icazə verilir. Fransa və Böyük Britaniya da bu sıradadır. Rusiyada sabitlik zamanı qadağan edilsə də, müharibə zamanı bəzi geylərin orduda iştirakına icazə verilir. İsrail çox açıq şəkildə həm geylərə, həm də lezbiyanlara hərbi xidmət göstərməsinə şərait yaradır və bu icbaridir. Aşağıdakı ölkələrdə homoseksualların hərbi xidmət göstərməsi qadağan edilmişdir:
1. Çin
2. Kuba
3. Misir
4. İran
5. Şimali Koreya
6. Səudiyə Ərəbistanı
7. Suriya
8. Yəmən
2. Kuba
3. Misir
4. İran
5. Şimali Koreya
6. Səudiyə Ərəbistanı
7. Suriya
8. Yəmən
