Dünyada hər il keçirilən böyük gey paradların biri də Praqada baş tutur. LGBT-icmasının keçirdiyi bu paradlarda verdiyi əsas mesaj cəmiyyətin bütün insan haqlarını etiraf etməsi və insanların ifadə azadlığını, seksual orientasiya seçimindəki azadlıqlarını tanımasıdır. "Fəxr Paradı" artıq 2011-ci ildən etibarən hər il Praqada keçirilir. Paradın təşkil edən isə qeyri-kommersiya təşkilatı Prague Pride-dır.