Azərbaycanda LGBT hüquqları


Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər.[2] Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər.[2] Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir.[3][4][5] Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır.[3]


1918-ci ildə Rusiya İmperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksualizməqarşı qanun yox idi. 1920-ci ildə Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra ölkədə kişilər arasında cinsi əlaqələri qadağan edən qanun qüvvəyə minmişdi. Baxmayaraq ki, Vladimir Lenin Sovet Rusiyasında homoseksuallığı leqal elan etmişdi, 1923-cü ildə Azərbaycan SSR-də kişilər arasında münasibətlər (qanunda səhvən pedarastiya adlandırılır, praktikada isə daha çox sodomiya ifadəsi işlədilirdi) cinayət tərkibli əməl elan edilmiş[6], hər iki tərəf könüllü şəkildə belə münasibətə razılaşmışdısa beş il, bir tərəf digər tərəfə qarşı təhdid və təzyiq istifadə etmişdisə, güc tətbiq edən tərəf səkkiz il azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.[7][8]
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan etmiş, 2000-ci ildə isə Sovet dövründən qalma anti-sodomiya qanunu ləğv edilmişdi.[9] Azərbaycan
Respublikası Milli Məclisinin rəsmi qəzeti olan Azərbaycan qəzetinin 28 may 2000-ci ildə nəşr edilmiş xüsusi nömrəsində qeyd edilir ki, Milli Məclis yeni Cinayət Məcəlləsini qəbul edib, Prezidentin imzalamsı ilə həmin məcəllə 2000-ci ilin sentyabrından qüvvəyə minib. 121-ci maddənin ləğv edilməsi Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün qarşısına qoyulmuş şərtlərdən biri idi[10], 2000-ci ildə anti-sodomiya qanununun ləğvindən sonra 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edilmiş və Şuranın 43-cü üzvü olmuşdur.[11]
ardı bax:
https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_LGBT_h%C3%BCquqlar%C4%B1
 With