Justin Trudeau transgenderlərin hüquqlarının müdafiəsini gücləndirir

Kanada Baş naziri Justin Trudeau transgenderlərə geniş hüquqi müdafiə verən qanunveriçilik təşəbbüsünü irəli sürməyi planlaşdırır. Həmin qanunvericilik Kanada İnsan Haqları Aktının qüvvəsini transgenderlərə də şamil edəcək. Kanada Liberal partiyasının formalaşdırdığı indiki hökümət yeni qanunvericilik barədə ətraflı məlumatın çərşənbə axşamı açıqlanacağını elan edib. Kanada parlamentinin aşağı palatasında bənzər qanunvericilik 2011-ci ildə bəyənilsə də, Senat həmin sənədi o zaman təsdiqləməmişdi. Justin Trudeau öz qərarını gey hüquqlarının müdafiəsi sahəsində xidmətlərə görə layiq görüldüyü Laurent-McCutcheon mükafatını alarkən bildirib. Onun atası, Kanadanın keçmiş Baş naziri Pierre Elliott Trudeau 1969-cu ildə homoseksuallığın kriminalsızlaşdırılması üçün ölümündən sonra 2005-ci ildə eyni mükafata layiq görülmüşdü. Justin Trudeau və onun Liberal höküməti tərəfindən Kanadada geylərin hüquqlarının genişləndirilməsi dəstəklənir. Baş nazir Trudeau bu ilin iyul ayında Toronto şəhərində keçiriləcək gey-paradda iştirak edəcəyini də bəyan edib.
 With