Russo testi
Keçən il ABŞ kinostudiyalarında buraxılmış blokbasterlərin yalnız 17,5 faizi, yəni 22 lentdə LGBT icmasına aid edilən qəhramanlar olub. Onlardan yalnız səkkizi Vito Russo testindən keçə bilib.
GLAAD həmtəsisçisi və vətəndaş hüquqları müdafiəçisi olan Vito Russo adına testi keçmək üçün filmdə LGBT personajı olmalıdır, həmin personajın seksuallığı onun yeganə keyfiyyəti olmamalıdır və ssenaridən onun yoxa çıxması filmin süjetinə təsir etməməlidir. Ən iri ABŞ kinostudiyaları arasında bu sahədə qənaətbəxş nəticəni Lionsgate əldə edə bilib, Disney isə testdən keçməyib. Serialın ekranlara buraxılışı 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlinə təyin olunub.

Radikal addım?
Kommersiya məqsədli böyük layihələrdə, misal üçün, "Harry Potter" filmində Albus Dambldor kimi LGBT personajları var, lakin faktın özü filmdə qeyd olunmayıb.
Populyar "Simpson" cizgi filmi serialında Springfield Atom Elekrtik Stansiyası sahibinin köməkçisi personajı Vaylon Smitters-in homoseksuallığı barədə son zamanlaradək açıq deyilməsə də, filmin son buraxılışında həmin personaj bunu özü elan edib.
"Cənub park" animasiya serialında tamaşaçılar cənab Harrison adlı personajın iki dəfə cinsi oriyentasiyasını dəyişdiyinin şahidi olublar.
Serialda o, özünü növbə ilə gey/heteroseksual/lezbi elan edərək müxtəlif mövzularda zarafat edir.
Komikslər və onların ekranlaşdırılmış variantlarında LGBT personajları daha çox saydadır, "Stenoqramma" jurnalının müəllifi Mixail Zaxarov deyir.
Lakin o, hesab edir ki, Disney studiyası yaxın gələcəkdə buna bənzər addımı atmağa özündə hünər tapmayacaq.
"Disney uşaq tamaşaçı auditoriyasına köklənib. Bu cür addım onlar üçün radikal görünə bilər: dünya auditoriyası belə addımı adekvat qəbul etməyə bilər. Mənə elə gəlir ki, marketinq strategiyası Disneyə belə addım atmağa imkan verməz", ekspert qeyd edir.
Rusiyada uşaqlar üçün nəzərdə tutulmuş filmlərdə eynicinsli münasibətlərin nümayişini 2013-cü ildə qəbul olunmuş qanun çətinləşdirir.
Həmin qanun "həddi buluğa çatmamışlar arasında qeyri-ənənəvi seksual münasibətlərin" populyarlaşdırılmasını yasaqlayır.
Həmin müddəaya əsasən, 18 yaşına çatmamış uşaqlar arasında homoseksualizm barədə məlumatın yayılmasına görə cərimə nəzərdə tutulur.
Bu qanunun qəbul olunması seksual azlıqların haqları uğrunda mübarizə aparan təşkilatların qəzəbinə səbəb olaraq, dünyada genişmiqyaslı etiraz kampaniyasına təkan vermiş olub.
Qanunun tənqidçiləri ehtiyat edir ki, sənəddəki qeyri-müəyyənliklər Rusiyada istənilən gey-etiraza qadağa qoyulmasına imkan verir, qanun özü isə homofobiya hərəkətlərinin edilməsinə həvəsləndirir.
Eyni zamanda elə həmin qeyri-müəyyənlik qanunun tətbiqi məsələsində seçim imkanlarını genişləndirir.
Belə ki, LGBT personajları mövcud olan incəsənət əsərlərinin əksəriyyətinə qarşı qeyd olunmuş qanun tətbiq olunmamışdı.