Kansler Angela Merkel səsverməyə qarşı tutduğu mövqeni
dəyişməsindən bir neçə gün sonra Almaniya deputatları böyük əksəriyyəti
eynicinsli nikahları leqallaşdırılmasına səs veriblər
Qanun dəyişikliyi indiyədək evliliyə bənzər "ictimai birlik" adlı
proseslə birgəliklərini rəsmən qeydiyyatdan keçirməyə məcbur olan
eynicinsli cütlüklərə tam evlilik hüquqları verərək bu şəxslərə
övladlığa uşaq götürməyə icazə verir. Bu barədə BBC xəbər verib.
Angela Merkelin siyasi rəqibləri dəyişikliyi dəstəkləyiblər, lakin
kansler partiyasının deputatlarını rəsmi partiya mövqeyindən kənar seçim
etmələrini dəstəklədiyinə yalnız bazar ertəsi günü işarə edib.
Qanun layihəsinin lehinə 393, əlehinə isə 226 millət vəkili səs verib. 4 deputat səsvermədə iştirak etməyib.
Yeni qanunun mətnində deyilir: "Evlilik iki ayrı və ya eynicinsli şəxs tərəfindən ömürlük birlikdir".
Cümə günü baş vermiş səsvermədən sonra xanım Merkel onun zənnincə
evliliyin qadın və kişi arasında olduğunu, lakin yeni layihənin daha sıx
"ictimai birlik və sülhə" yol açacağına ümid bəslədiyini deyib.


