Fakt və rəqəmlər

Azərbaycanda LGBT durumu haqqında məlumatlar

LGBT INSANLAR VƏ QANUN İŞ YERLƏRINDƏ DISKRIMINASIYA PSIXOLOJI ASPEKTLƏR AILƏ HƏYATI VƏ 'ETIRAF' İCMANIN TANINMASI 

1960-ci ildə qəbul edilən və 2000-ci ildə qüvvədən salınan keçmiş Cinayət Məcəlləsi kişilər arasındakı cinsi əlaqəni qadağan edirdi. 113 maddəyə əsasən iki kişi arasındakı cinsi yaxınlıq 3 ilə qədər azadlıqdan məhrumedilmə ilə nəticələnirdi. 2000-ci ilin sentyabrında qəbul edilən və 2001-ci ilin yanvar ayından qüvvəyə minən hazırki Cinayət Məcəlləsində isə kişilər arasında cinsi əlaqənin cəzası olaraq tətbiq edilən cinayət məsuliyyətini ləğv etdi. Bu da məlumdur ki, bu cinayət məsuliyyətinin ləğvi Avropa İttifaqına qoşulma ərəfəsində həyata keçirilən bir akt idi.Həmçinin bud a qeyd olunmalıdır ki, qadınlar arasında eynicinsli cinsi əlaqə heç bir zaman cinayət hesab edilməmişdir. Cinayət məsuliyyətinin ləğv edilməsinə baxmayaraq hökumət tərəfindən LGBT insanların hüquqlarını qoruyacaq heç bir qanun yoxdur və bunu yaratmağa cəhd etmək üçün də heç bir addım atılmamışdır. 2010-cu ildə Azərbaycanın Avropa Şurasındakı iki nüməyəndəsi LGBT insanların diskriminasiyası haqqında müzakirələri baykot etmişdir. ‘Bu debat haqqında çox mənfi rəyim var. Bəli, biz Avropa strukturunu qəbul etməkdə maraqlıyıq, lakin öz milli-mənəvi dəyərlərimizi də qorumalıyıq. Avropanın qəbul etdiyi şeyləri qəbul etmək bizim üçün qəbuledilməzdir və biz heç bir şeyin təkrarını etmək istəmirik.’ – Hadı Rəcəbli – Azərbaycan parlamentinin sosial siyasət komitəsinin rəhbəri.



Azərbaycanın Cinayət Məcəlləsi zorlama ilə seksual zəmində baş verən zorakı aktı fərqləndirir. Vaginadaxili cinsi əlaqə cinsi zorlamaya əsas sayılır və bu cinayət yalnız qurban qadın olanda nəzərə alınır. “Seksual zəmində baş verən zorakı akt” cinayəti əxlaqsız şəkildə zorakı anal və oral cinsi əlaqə və zorakı lesbiyanlıq daxil olmaqla bütün zorakı cinsi zovq formalarını nəzərdə tutur. Bu cinayətin qurbanı kişi və qadın ola bilər. Qeyd edilməlidir ki, zorakı cinsi hərəkətlər zorlamaqdan daha az şəkildə cinayət məsuliyyəti nəzərdə tutur. Bir kim isə zorakı cinsi istismar ilə günahlandırılarsa 3 ildən 5 ilə qədərç zorlama əməlində günahlandırılarsa 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.Qanunvericilik bunu izah etməyə acizdir. Aşağıdakı cədvəl konsensual olmayan (eyni və müxtəlif) cinsi əlaqə axtlarını, seksual təbiətli zorlama və zorakı aktları göstərirş.

Bədbəxtlikdən cinsi zorakılıq aktları Azərbaycan LGBT icması arasında geniş yayılmışdır. Əlavə məlumat üçün tam İLGA hesabatınanəzər salın.

Qanuni uyğulamaya ümumi olaraq inam yoxdur və diskriminasiyaya məruz qalan LGBT insanlar polisə müraciət etməkdən çəkinirlər. Lakin onlar bunu edəndə bu da sui-istifadə və digər zorakılıq aktı kimi qeyd edilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi hərkəs üçün onun "ölkə, irqi, milli, dini, dil, cinsiyyət, mənşəyi, əmlak və rəsmi statusu, məhkumiyyəti, siyasi partiyalara mənsubluğu, ticarət birliyi və digər ictimai təşkilatlara üzvlüyü”-dən asılı olmayaraq bərabər hüquq və azadlıqlara zəmanət verir. Müvafiq müddəalar mülki, cinayət, cinayət prosessual, əmək və ailə hüququ, o cümlədən qanunvericiliyin müxtəlif sahələrində, təcəssüm olunur.

Bu ayrı-seçkilik hələ də davam edir. 2014-cü ildə Nəfəs LGBT-nin araşdırmasına görə respondentlərin 60% -i kimin isə açıq şəkildə gey olduğunu bildirərsə onu işə almaqdan boyun qaçırardılar.

Azərbaycanın ümumi populyasiyasi homoseksuallığı anlamır. Nəfəs LGBT-nin apardığı araşdırmaya görə respondentlərin yarısı homoseksuallığın bir xəstəlik olmasını bildirmiş, 28% respondent isə bunun şəxsi seçim olduğuna inandığını bildirmişdir.

LGBT insanların homoseksuallığının “sağalması” üçün psixoloqa göndərilməsi normal haldır. İLGA qeyd edir ki:

"Bəzi həmsöhbətlərimizin dediyinə görə Azərbaycanda olan psixoloq və psixiatorların böyük əksəriyyəti Amerika Psixiatrik Asossiasiyasının (APA) homoseksuallığın 1980-ci ildə Psixi Xəstəliklərin Diagnostik və Statistik Nizamnaməsindən və 1993-cü ilin yanvarın 1-dən də Dünya Səhiyyə Təşkilatının (DST) homoseksuallığın xəstəliklər siyahısından çıxarılması faktı haqqında məlumatları yoxdur.”

Baxmayaraq ki bəzi həkimlər bu trendi qırmaq istəyirlər, lakin LGBT insanların böyük əksəriyyəti səhv müalicənin aparılması qorxusundan homoseksual olduqlarını gizli saxlayırlar. Homoseksuallıq haqqında inamsızlıq LGBT insanları daha çox geri salan nüanslardan biridir. Bəzi insanlar gey olduqları üçün dərindən utanırlar. İLGA hesabatında onlardan biri bunu bir neçə yol ilə ifadə etmişdir “Bundan utanıram, amma nə edə bilərəm ki?” Çox vaxt dinli LGBT nümayəndələrində bu utanc hissləri günah hissləri tərəfindən daha da gücləndirilir. Başqa birinin bu haqdakı sözlərinə görə: “Baxmayaraq ki, mən öz sevdiyim oğlanla birlikdə yaşayıram, amma Allaha mənim bu günahımı bağışlaması üçün dua edirəm.”

Azərbaycanda gey, lesbian, biseksual və transseksual olduğunu “etiraf edən” şəxsə çox nadir hallarda rast gəlinir. Ölkə ənənəvi olaraq ailəni hər şeydən öndə tutur və Bakıdan kənar yerlərdə 3 nəslin bir evdə yaşadığı ev həyatı normal hesab olunur. Bunun nəticəsi olaraq LGBT şəxslər ikili həyat tərzi yaşayır və təkcə evlərini deyil icmanı itirəcəklərindən qorxaraq öz orientasiyalarını ailəsindən gizlədir və ya bildirmir. “Onlar bilsə məni sürgün edərlər” deyə biri İLGA müsahibinə bildirib. Hadisələr olub ki, əsasən ata və qardaşlar ailə üzvünün gey olduğunu biləndə döyüb işgəncələr vermiş və ya psixi xəstəxanaya göndərilmişdir. Namus üstündə öldürülmələr də eşidilməmiş hadisə deyil. 22 respondentdən (İLGA) yalnız 3-ü atalarına, 4-ü qardaş-bacılarına, 5-i isə analarına özlərinin cinsi orientasiyasını söyləmişlər. Bir çox geylər tez-tez iki sim kart işlədirlər (biri mənim gey dostlarımç o birisi başqaları üçün) Bəzilərinin də öz partnyorları ilə görüşmək üçün ikinci mənzili vardır ki, bu da kirayənişinin bu işdən agah olması riskini daha da artırır.

Azərbaycanda evlilik ən əsas həyat hadisəsidir və LGBT insanlar yaşlandıqca onların evlənməsi üzərində təzyiqlər artır. Qadınlar xüsusilə də gənc yaşlarında evlənməyə məcbur edilirlər.LGBT insanlar bunlarala bir neçə yol ilə mübarizə aparırlar: 1) Valideynlər tərəfindən tşkil edilmiş toy, 2) Ailəni və icmanı tərk etmək, 3) Digər bir LGBT insane ilə evlənərək “göz bağlamaq”. LGBT insanlar internetdən daha çox istifadə etdikcə 3-cü vasitə daha çox aktuallıq qazanır.

Azərbaycanlı LGBT-lər bir iki görüş yerindən başqa demək olar ki gözə görünmürlər. Gey klublar bəzən fəaliyyətə başlayır lakin aylar keçməmiş bağlanır.. İctimai paradlar demək olar ki mümkünsüzdür. 2007-ci ildə İLGA-nin lesbian və biseksual qadınlarla görüşməsi mümkünsüz olmuşdur: qadınlıq stereotiplərin uyğun olmayan qadınlar ( hansılar ki, daha çox kişi xarici görünüşünə yiyələnir) digər “neytral qadın” kimi görünən lesbianlara nəzərən daha çox təzyiqlərə məruz qalır.

Transseksuallar cinsiyət dəyişmə əməliyyatına gedirlərç lakin bu nadir hallarda rast gəlinir. 2010-cu ildə yazılan məqalədə 2002-ci ildə baş verən birinin cinsiyyət dəyişmə əməliyyatından əvvəl və sonra üzləşdiyi səddlərdən danışır

“26 yaşlı özünü tamamilə qadın hiss edən bir kişi mənə müraciət. O öz cinsi orqanları haqqında çox şirkin düşünürdü. Əməliyyat 3 mərhələdə aparıldı və uğurla nəticələndi.Baxmayaraq ki, “təzə” gənc qadın sosial səbəblərdən ölkəni tərk etmək məcburiyyətində qaldı.. Cinsiyyətini dəyişən insanların şəxsiyyət vəsiqəsi dəyişilmədiyindən onlar öz əvvəlki sənədləri ilə yaşayır və hərbi xidmətə göndərilmə və digər xoşagəlməz hallarla sənədlərinin dəyişdirilməməsi səbəbinən üzləşirlər.” – Camal Əzimzadə Funda tibbi mərkəzində baş mütəxəssis.

İLGA hesabatının bəzi məqalələrində bildirilir ki, cinsiyyət dəyişdirilməsi əməliyyatı keçirən transseksual insanların sənədləri dəyişdirilmədiyindən çox vaxt onlar gecə həyatı və barlarda xidmət göstərməyə məcbur qalırlar. Azərbaycanda çoxlu digər gizli translar vardir kiç onlar əməliyyat olunmalıdır və ya əməliyyat olunmaq istəmirlər.

“Bu insanlar nəinki uşaqlıqdan başqa rəftarla üzləşib uzaqlaşdırılırlarç onların heç normal bir həyatı olmur.Onların şəxsiyyət vəsiqələri ilə görünüşləri bir-birinə uyğun gəlmədiyindən normal bir iş tapa bilmirlər. Ona görə də onlar çox vaxt fahişəliklə pul qazanırlar ki, bu da cəmiyyəti daha da çox onlara qarşı döndərir. Bəziləri əməliyyat olunmaq və heç də ucuz olmayan hormonal müalicə almaq üçün pul qazanırlar.” - Kamran Rzayev, Gender və Tərəqqi birliyinin sədri
 With